Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyanın Ukrayna ərazilərini qeyri-qanuni ilhaqını pisləyən qətnamə qəbul edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, qərar 143 ölkənin səs çoxluğu ilə qəbul edilib.
ABŞ prezidenti Co Bayden Baş Assambleya ilə birlikdə ilhaq və ya Ukrayna ərazilərinin qanunsuz ilhaq cəhdlərini alqışlamayacaqlarını bildirib. Ukraynanın gələcəyinə özünün qərar verməli olduğunu deyən Bayden, Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana keçən 8 ayda dünya ölkələrinin hər zamankından daha çox birləşdiyini vurğulayıb.
Nuranə Daxilqızı
















