• Bakı 26° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Belarus ordusu müharibəyə hazırlaşır?

DÜNYA

13 Dekabr 2022 | 11:58

Belarus ordusu müharibəyə hazırlaşır?

Belarus Silahlı Qüvvələrində hərbi hazırlıq səviyyəsinin qəfil yoxlanışına başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bununla bağlı əsas yollarda hərəkət məhdudlaşdırılıb.

“Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığına əsasən Təhlükəsizlik Şurasının dövlət katibliyinin rəhbərliyi altında orduda qəfil yoxlamalara başlanılıb. Yoxlama gedən müddətdə hərbi texnikanın, şəxsi heyətin hərəkəti nəzərdə tutulub və bu səbəbdən də yollarda mülki şəxslərin hərəkəti məhdudlaşdırılacaq. Yoxlama tədbirləri kompleks xarakter daşıyacaq, qoşun birləşmələri qısa müddət ərzində təyin olunmuş ərazilərə irəliləməli, mühəndis-istehkam işlərini görməli, müdafiəsini və mühafizəsini təşkil etməli, Neman və Beryozina çayları üzərindən keçmək üçün körpülər quraşdırmalıdır”,- Nazirlik əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR