Türkiyə milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Danışıqlar zamanı Akar daha çox insan tələfatının qarşısının alınması və regionda sülh və sabitliyin bərqərar olması üçün dərhal atəşkəs rejiminin yaradılmasının vacibliyini vurğulayıb.
O qeyd edib ki, Prezident Ərdoğanın başçılıq etdiyi Türkiyə sülhün təmin olunmasına öz töhfəsini verməyə davam edəcək.
















