• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

İsraildə terror - Ölənlər və yaralılar var

DÜNYA

10 Fevral 2023 | 20:09 | Müəllif: Subhan Mahmudov

İsraildə terror - Ölənlər və yaralılar var

Yerusəlimdə avtomobil bir neçə nəfərin olduğu avtobus dayanacağına çırpılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində altı yaşlı uşaq və 20 yaşlı gənc həlak olub, daha 6 nəfər yaralanıb.

İsrail hakimiyyəti hadisəni terror hücumu kimi qiymətləndirib, sürücü polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Nəşrin məlumatına görə, hücum edən şəxs İsaviyə bölgəsinin 31 yaşlı sakini Hossein Karakadır. 

“Terrorçu yerindəcə zərərsizləşdirilib və məhv edilib. Yenə də biz günahsız insanların yaralanmasına səbəb olan ciddi insidentlə, cümə günü günortadan sonra avtobus dayanacağında gözləyən mülki şəxslərə qarşı vəhşicəsinə hücumla üzləşirik”, - İsrailin fövqəladə hallar xidmətinin rəsmisi bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026