Bir çox xarici aviaşirkət Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə əlaqədar İsrailə uçuşları ləğv edib və ya vaxtını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, toqquşmalara baxmayaraq İsrail aviaşirkətləri uçuş cədvəllərində dəyişiklik etməyib. Tel-Əvivin Ben Qurion hava limanı fəaliyyətini fasiləsiz rejimdə davam etdirir.
















