• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirdi

DÜNYA

06 Noyabr 2023 | 20:23

Rusiya hərbçiləri Gürcüstan vətəndaşını qətlə yetirdi

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qətlə yetirilməsi barədə məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstan DTX insidentin işğal altındakı Cənubi Osetiya bölgəsinin Qori munisipalitetinin Kirbali kəndi ilə həmsərhəd hissəsində baş verdiyini bildirib.

Qeyd olunub ki, noyabrın 6-da yerli sakini qanunsuz olaraq saxlamağa çalışan Rusiya hərbçiləri atəş açaraq onu qətlə yetirib. Məlumata görə daha bir Gürcüstan vətəndaşı saxlanılıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026