• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Samir Şah BBC-nin yeni sədri olacaq

DÜNYA

06 Dekabr 2023 | 20:19 | Müəllif: Subhan Mahmudov

Samir Şah BBC-nin yeni sədri olacaq

Televiziya meneceri Samir Şah sələfi Riçard Şarpın qalmaqallı istefasından sonra BBC yayım korporasiyasının direktorlar şurasının yeni sədri olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın mədəniyyət, media və idman naziri Lüsi Freyzerin bəyanatında deyilir.

“Televiziya və jurnalistika sahəsində 40 ildən artıq çalışan doktor Şahın BBC-nin sədri olmaq üçün zəngin təcrübəsi var. O, medianın sürətlə dəyişən mənzərəsində BBC-nin uğurla inkişafını görmək arzusundadır. Mən qətiyyən şübhə etmirəm ki, Samir Şah BBC-nin çağırışlara cavab verməsi və gələcək imkanları əldən buraxmaması üçün lazımi dəstəyi və sərtliyi təmin edə biləcək”, - deyə nazir vurğulayıb.

Bu vəzifəyə formal təsdiqdən əvvəl Samir Şahın namizədliyi Britaniya parlamentinin İcmalar Palatasının mədəniyyət, media və idman komitəsi tərəfindən dəstəklənməlidir.

1952-ci ildə Hindistanın Aurangabad şəhərində anadan olan Samir Şah 1960-cı ildə Britaniyaya köçüb. O, Hull Universitetinin coğrafiya fakültəsini bitirib və daha sonra fəlsəfə doktoru dərəcəsi alıb. 1979-cu ildən televiziyada işləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026