• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Conson buna görə üzr istədi

DÜNYA

06 Dekabr 2023 | 20:07 | Müəllif: Subhan Mahmudov

Conson buna görə üzr istədi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson hökumətin koronavirus böhranını idarə etdiyinə görə üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, hökumət özündən razı idi və əvvəlcə koronavirusun yaratdığı riskləri lazımınca qiymətləndirmirdi.

COVID-19 işi ilə bağlı sorğu-sual zamanı danışan Cohnson, Nazirlər Kabinetinin qəbul etdiyi bütün qərarlara görə məsuliyyət daşıyıb. O, "ictimaiyyətin qəzəbini anladığını" vurğulayıb.

Böyük Britaniyanın keçmiş Baş naziri həmçinin “ağrı, itki və iztirablara görə dərin təəssüf hissi keçirdiyini” bildirib və COVID-19-dan təsirlənənlərin ailələrinə başsağlığı verib.

Bundan əvvəl “Politico” nəşri Boris Consonun COVID-19 işi ilə bağlı dindiriləcəyini bildirib.Keçmiş baş nazir pandemiya zamanı hökumətin qərar qəbulu ilə bağlı sualları cavablandıracaq.

Politico-nun qeyd etdiyi kimi, belə bir inkişaf keçmiş baş nazir üçün çətinliklər yarada bilər, o, vəzifədən getdikdən sonra pandemiya zamanı hökumətin siyasətlərini şübhə altına alan keçmiş köməkçilərin və məmurların tənqidi açıqlamalarına məruz qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026