• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Köçəryanın oğlu azadlığa buraxıldı

DÜNYA

06 Noyabr 2023 | 19:48

Köçəryanın oğlu azadlığa buraxıldı

Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın polisləri döyməkdə ittiham edilərək həbs edilən oğlu Levon azadlığa buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, “Hayastan” fraksiyasından Milli Assambleyaya deputat seçilən Levon Köçəryan 2 aya yaxın idi ki, həbsdə idi.

Sentyabrın 23-də vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi şəxs Levon Köçəryan dörd xüsusi təyinatlı polis əməkdaşını döyməkdə ittiham olunaraq saxlanılıb. Vəkilin sözlərinə görə, Levon Köçəryanın saxlanması siyasi kontekstə malikdir və rəsmi İrəvanın vətəndaş itaətsizliyi aktlarını yatırtmaq cəhdidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026