Bərdədə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, Bərdə şəhərində bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən ümumi sahəsi 52 m² olan əczaxananın yanar konstruksiyaları yanıb. Bitişik obyektlər mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















