• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Yevlaxda narkotik satan şəxslər həbs edildi

HADİSƏ

20 Mart 2024 | 12:35

Yevlaxda narkotik satan şəxslər həbs edildi

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səxavət Musayev və Xanlar Məmmədov saxlanılıblar.

Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər də saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR