• Bakı 19° C

    11.33 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Azərbaycanda tələbə İNTİHAR ETDİ - YENİLƏNİB - FOTO

HADİSƏ

19 Aprel 2024 | 09:47

Azərbaycanda tələbə İNTİHAR ETDİ - YENİLƏNİB - FOTO

Abşeron rayonu Xırdalan şəhərində intihar edən 21 yaşlı Ramil Nəsirov Bakı Dövlər Universitetinin tələbəsi imiş.

Bakı Dövlət Universitetindən Bakıvaxtı.az-a bildirilib ki, universitetin Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Ramil Aqil oğlu Nəsirov vəfat edib.

2020-ci ildə BDU-nun Şərqşünaslıq fakültəsinə Tərcümə (fars dili) ixtisası üzrə qəbul olunmuş Ramil Nəsirov Universitetin təhsil göstəricələrinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub.

Daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

***

09:21

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən “AAAF Park” yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib.

Onun meyiti eyvanda asılı halda aşkar edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

01 May 2024