• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Bakıda intihara cəhdin qarşısı ALINDI

HADİSƏ

19 Aprel 2024 | 09:40

Bakıda intihara cəhdin qarşısı ALINDI

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununla əlaqədar dərhal FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilər tərəfindən aparılan psixoloji söhbətlər nəticədində intihara cəhd edən vətəndaş 1981-ci il təvəllüdlü Əliyev Ramin Mirağa oğlu xilas edilib və körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR