• Bakı 17° C

    7.81 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Bərdədə DƏHŞƏT - ana öldü, körpəsi... - YENİLƏNİB

HADİSƏ

18 Mart 2025 | 11:23

Bərdədə DƏHŞƏT - ana öldü, körpəsi... - YENİLƏNİB

Bərdə rayonunda 28 yaşlı ananın doğuş zamanı ölümünün ilkin səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən “Report”un sorğusuna verilən cavabda bildirilib.

Qeyd edilib ki, 17 mart saat 23:50 radələrində 1997-ci il təvəllüdlü hamilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Doğum Evinə ağır vəziyyətdə hospitalizasiya olunub.

37 həftə 4 günlük hamiləlik, uşaqlıq üzərində çapıq toxumanın nazilməsi diaqnozu təyin edilən pasiyent dərhal Əməliyyat blokuna yerləşdirilib və qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Cinsi kişi, çəkisi 3 kq. 400 qr., boyu 50 sm. olan yenidoğulmuşa zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.

Əməliyyatdan sonra zahı qadında səbəbi bilinməyən hemoliz, HELLP sindromu və DDLP sindromları müşayiət edilib. Zahı qadının qarın boşluğunda 2 litr həcmində maye toplanması səbəbilə konsilium keçirilib və diaqnostik relaparotomiya, qarın boşluğunun sanasiyası və drenlənməsi əməliyyatının aparılmasına qərar verilib, qarın boşluğu serroz mayenin üstünlüyü ilə qan komponentlərindən təmizlənilib.

Mütəmadi olaraq cərrah, reanimatoloq, hematoloq, uroloqlar ilə konsiliumlar aparılaraq pasiyentin müalicəsi davam etdirilib.

Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq 18 mart saat 01:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Açıqlamada qeyd edilib ki, hamilə qadının yaxınlarının dediyinə görə, 17 mart saat 22:00 radələrində sözügedən şəxs yaşadığı ərazi üzrə tibbi təhsili olmayan şəxsə müraciət edib və məlum olmayan səbəbdən hamilə qadına infuziya köçürülüb. İnfuziyanın köçürülməsi başlayan andan az müddət sonra qadının ümumi vəziyyəti pisləşib və təcili tibbi yardım xidmətinə müraciət edilib. Müraciətdən sonra isə ağır vəziyyətdə tibb müəssisəsinə hospitalizasiyası baş tutub.

***

10:18

Bərdədə doğuş zamanı 28 yaşlı ana ölüb uşaq sağ qalıb.

Bakıvaxtı.az xəbər verir ki, "Report" un əldə etdiyi məlumata görə, Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Qaçaylı Füruzə kəskin ağrılarla xəstəxanaya müraciət edib.

Doğuş əməliyyatına götürülən qadın 37 həftəlik hamiləlik dövründə olub və əməliyyat normal keçib. Sonradan halı pisləşən F.Qaçaylı həyatını itirib doğulan oğlan uşaq isə sağdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır


SON XƏBƏRLƏR