Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə paytaxtın "8 Noyabr" prospektində qeydə alınıb.
Belə ki, “Haval” markalı 90-KN-086 dövlət qeydiyyat nişanı avtomobillə “Hyundai” markalı 90-OU-303 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Nuriyyə Musayeva