İtaliyanın keçmiş Baş naziri və “Forza Italia” Partiyasının lideri Silvio Berluskonidə qan xərçəngi aşkar olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “Corriere della Sera” qəzeti yayıb.
Xatırladaq ki, 86 yaşlı Berluskoni aprelin 5-i evə buraxıldıqdan bir neçə gün sonra yenidən xəstəxanaya yerləşdirilib. Sabiq Baş nazirin hazırda vəziyyətinin necə olması ilə bağlı rəsmi açıqlama verilməyib.
















