“Qabardakı nefti vətəndaşlarımıza ən əlverişli şərtlərlə verəcəyik”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda, Beşyol meydanında keçirilən mitinqdə çıxışı zamanı deyib.
Ərdoğan Şırnak vilayətinin Qabar rayonunda tapılan neft mənbəyindən danışıb.
“Bir ay ərzində təbii qazı ödənişsiz etdik. Qabardakı nefti də ən əlverişli şərtlərlə vətəndaşlarımıza verəcəyik”, - deyə Ərdoğan qeyd edib.
















