• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Vuçiç hər gün 200 dəfə ölümlə hədələnir

DÜNYA

04 Iyun 2023 | 19:50 | Müəllif: Subhan Mahmudov

Vuçiç hər gün 200 dəfə ölümlə hədələnir

Serbiya prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfə ölümlə hədələnir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə siyasətçinin özü danışıb.

“Hesab edirəm ki, hər gün cənab Qaşiç (Bratislav Qasiç – Serbiyanın Daxili İşlər Nazirliyinin rəhbəri-red) bilir ki, təkcə mənə qarşı 200-dən çox birbaşa ölüm hədəsi gəlir”, - o deyib.

Belə ki, o, müxalifətin mitinqə Vuçiçin siması olan asılmış gəlincik gətirilməsinə münasibət bildirib. Dövlət başçısı əlavə edib ki, təhdidlərin çoxluğuna baxmayaraq, belə şeylərə dözmək onun bir prezident kimi borcudur.

"Mənim işim belə iyrənc şeylərə dözməkdir. Mən respublikanın prezidentiyəm, işim ölüm təhdidlərinə, hətta bu cür açıq təhdidlərə də dözməkdir", - Serbiya lideri bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026