• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Gürcüstanda yanacağın qiyməti artdı

DÜNYA

04 Iyun 2023 | 20:20 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda yanacağın qiyməti artdı

Son günlər Gürcüstanın əksər yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, əksər yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 20-25 tetri (8-10 sent) artıb.

Hazırda bəzi yanacaqdoldurma məntəqələrində 1 litr “Premium”un qiyməti 2,70 lari, “Euro Regular” 2,50 lari, “Regular” isə 2,35 lariyə satılır.

İqtisadçı ekspertlərin fikrincə, bu artım ölkə daxilində dolların yenidən bahalaşması və larinin dəyər itirməsi ilə əlaqədardır. Ekspertlər hesab edirlər ki, benzinin qiyməti inflyasiyanın artmasına və istehlak mallarının da qiymətlərinin bahalaşmasına təsir edəcək.

Qeyd edək ki, Gürcüstan Milli Bankı aprel ayında rekord məbləğdə - 322,4 milyon ABŞ dolları alış edib.

Gürcüstan bazarında dolların dəyər qazanmasına da məhz bu amilin səbəb olduğu bildirilir./azertac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026