• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Binədə silahlı şəxs saxlanıldı - VİDEO

HADİSƏ

09 Aprel 2024 | 13:34 | Müəllif: Qalib İbrahimoğlu

Binədə silahlı şəxs saxlanıldı - VİDEO

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bakıvaxtı.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Mehdi Rzayev üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 8 ədəd patron və 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, cari ilin 1-ci rübündə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı 42 əməliyyat keçirilib.

Qanunsuz dövriyyədən 5 kiloqrama yaxın narkotik vasitə çıxarılıb.


Binədə silahlı şəxs saxlanıldı - VİDEOBinədə silahlı şəxs saxlanıldı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026