• Bakı 25° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Binəli Yıldırımın helikopteri təcili eniş etdi

DÜNYA

03 Iyul 2022 | 14:26

Binəli Yıldırımın helikopteri təcili eniş etdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımın olduğu helikopter təcili eniş etməli olub.

Bakıvaxtı.az xəbər verir ki, insident siyasətçini Bursaya aparan helikopterin birinci pilotunun rahatsızlığı səbəbindən yaranıb.

Helikopter təcili şəkildə Biləcikdəki Jandarma Briqada Komandanlığının uçuş zolağına enib.

Jandarma Komandanlığında bir müddət dincələn Yıldırım sonradan gələn başqa bir helikopterlə Bursaya gedib.

Səhhəti pisləşən pilot isə təcili yardımla Biləcik xəstəxanasına aparılıb. Oradakı ilk müalicədən sonra Əskişəhərə transfer edilən pilotun hazırda səhhətinin yaxşı olduğu öyrənilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026