• Bakı 11° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

“ABŞ nüvə silahından da istifadə edə bilər” - Blinken

DÜNYA

02 Avqust 2022 | 13:38

“ABŞ nüvə silahından da istifadə edə bilər” - Blinken

“Amerikanın strateji nüvə qüvvələri müvafiq döyüş başlıqlarına malik olan digər dövlətlərin qarşısını almalıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Antoni Blinken bildirib. O, Nüvə Silahlarının Qarşısının Alınması üzrə Müqaviləyə üzv ölkələrin konfransında çıxış edib. Çıxışı zamanı Blinken xəbərdarlıq edib ki, ABŞ da nüvə silahından istifadə edə bilər, ancaq fövqəladə hallarda.

“Birləşmiş Ştatlar nüvə silahından yalnız fövqəladə hallarda – ABŞ-ın, müttəfiqlərinin və tərəfdaşlarının həyati maraqlarını qorumaq məqsədilə istifadə etmək imkanını nəzərdən keçirib”, - deyə Blinken qeyd edib.

O vurğulayıb ki, ABŞ-ın strateji nüvə qüvvələrinin əsas vəzifəsi belə silahlara malik olan digər ölkələri nüvə zərbəsindən çəkindirməkdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026