• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Ukrayna hətta Almaniya ordusunda olmayan silahları alır” - Şolts

DÜNYA

02 Avqust 2022 | 11:21

“Ukrayna hətta Almaniya ordusunda olmayan silahları alır” - Şolts

“Mətbuatda Ukraynaya hərbi dəstəyin azaldılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbə verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts bildirib.

O deyib ki, Rusiyanın Ukraynaya hücumundan sonrakı ilk günlərdən ölkə Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təmin edir.

“Biz əlimizdə olan hər şeyi çatdırdıq: tank əleyhinə və zenit raket sistemləri, minalar, silahlar, tonlarla döyüş sursatı və s. O vaxtdan biz daha mürəkkəb və bahalı sistemlərə keçdik. Özüyeriyən haubitsalar, reaktiv yaylım atəşi sistemlər, zenit raket sistemləri, radarlar. Bu sistemlərin bəziləri o qədər yenidir ki, hətta onlardan çox az bir hissəsi istehsal edilib, bəziləri isə hətta Almaniya ordusunda yoxdur”, - deyə Şolts qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026