• Bakı 25° C

    19.95 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bitkoin yenidən bahalaşdı

İQTİSADİYYAT

25 Yanvar 2022 | 16:43

Bitkoin yenidən bahalaşdı

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 7 aylıq minimuma endikdən sonra yenidən artıb. 

Bakıvaxtı.az xəbər verir ki, kripto valyutaların satıldığı ən böyük birja olan “Binance”da bitkoin son 24 saat ərzində 9,95% bahalaşaraq 36 531 ABŞ dollarından satılıb.

Halbuki ötən gün qiymət 2021-ci ilin iyul ayından bəri ilk dəfə 33 000 dollardan aşağı düşmüşdü. Bununla 2009-cu ildən tədavülə buraxılan bitkoin 8-ci dəfə 50 %-dən çox ucuzlaşmış olub. Bunun başlıca səbəbi isə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yaxın dövrdə monetarist siyasətini sərtləşdirib təməl faiz dərəcəsini artıracağına dair gözləntilərdir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026