• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda MDB-də sosial islahatlarla bağlı beynəlxalq konfrans keçirilir - FOTO

İQTİSADİYYAT

23 Fevral 2022 | 10:33

Bakıda MDB-də sosial islahatlarla bağlı beynəlxalq konfrans keçirilir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda beynəlxalq konfrans başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Rusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstandan sosial müdafiə və sosial sığorta qurumlarının rəhbər şəxsləri, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının rəsmiləri, diplomatik korpus nümayəndələri, Milli Məclisin deputatları iştirak edir. Konfransın gündəliyində Qazaxıstan, Moldova, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistandan olan nümayəndələrin ölkələrində sosial təminat, həmçinin sosial sığorta və pensiya təminatı sahələrində aparılan islahatlara dair təqdimatları, müzakirələr və təcrübə mübadilələri, habelə konfrans iştirakçılarına Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının fəxri fərmanlarının təqdim edilməsi də nəzərdə tutulub.

Ramid İbrahimov


Bakıda MDB-də sosial islahatlarla bağlı beynəlxalq konfrans keçirilir - FOTOBakıda MDB-də sosial islahatlarla bağlı beynəlxalq konfrans keçirilir - FOTOBakıda MDB-də sosial islahatlarla bağlı beynəlxalq konfrans keçirilir - FOTOBakıda MDB-də sosial islahatlarla bağlı beynəlxalq konfrans keçirilir - FOTOBakıda MDB-də sosial islahatlarla bağlı beynəlxalq konfrans keçirilir - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR