• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyanın ixrac qadağası nə qədər davam edəcək? - AÇIQLAMA

İQTİSADİYYAT

22 Mart 2022 | 10:32 | Müəllif: Subhan Mahmudov

Rusiyanın ixrac qadağası nə qədər davam edəcək? - AÇIQLAMA

Hansısa qida və ya ərzağı ixrac edib, qazanc əldə etmək Rusiya üçün ikinci plana keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Rusiyanın ərzaq və taxıl ixracına qadağa qoyması ilə bağlı danışarkən bildirib.

“Rusiyanın bu qərarı öz daxili bazarını qorumaq üçündür. Öz əhalisi ərzaq qıtlığı çəkməsin deyə, Rusiya bəzi məhsulların ixracına qadağa qoyub. Təbii ki, bu hal ölkə iqtisadiyyatına ziyan vurur. İstehlakçılar və ixracatçılar vardır ki, həmin məhsulların ixracından valyuta qazanırdı. Belə olduğu halda onlar daxili bazara yönələcəklər, bu da daxili bazarda kəskin qiymət artımının qarşısını almaq üçün atılmış bir addımdır. Amma bu, uzun zaman davam edə bilməz. Bir müddətdən sonra bu qadağalar yumşalmalıdır”, - qeyd edib.

Qeyd edək ki, Rusiyanın xüsusilə qidalıq buğdaya icrax qadağası qoyması taxıl idxal edən ölkələrdə narahatlıqla qarşılanıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026