• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çin Azərbaycandan keçməklə Almaniyaya yeni dəmiryolu açır

İQTİSADİYYAT

20 Aprel 2022 | 15:19

Çin Azərbaycandan keçməklə Almaniyaya yeni dəmiryolu açır

Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin şimal-qərbində) Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün yeni marşrut açır.

Bakıvaxtı.az xəbər verir ki, Sian Gömrük İdarəsinin rəsmi saytındakı açıqlamaya görə, bu marşrut həmçinin qarışıq dəmiryolu və dəniz nəqliyyatından istifadə etməklə Qara dəniz və Xəzər dənizlərindən keçəcək.

Sənəddə qeyd olunan məlumata əsasən, 316 ton ağırlığında 42 konteynerlə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən yola düşüb. Bildirilir ki, qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçərək ümumilikdə 11,3 min km məsafə qət edəcək və nəticədə Manhaym şəhərinə çatacaq.

Yeni marşrutun əvvəllər Çin-Avropa istiqaməti üzrə az sayda qatarın keçdiyi ölkələri və regionları əhatə edəcəyi və həm Çin, həm də beynəlxalq şirkətlər üçün yeni bazarlar açacağı bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026