• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Karantin rejimi və turizm mövsümü ilə bağlı AÇIQLAMA

İQTİSADİYYAT

25 Mart 2022 | 10:31

Karantin rejimi və turizm mövsümü ilə bağlı AÇIQLAMA

Son zamanlar koronavirusa yoluxanların sayı azalıb, turistlərin sayı isə çoxalıb. 
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. 

“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yarada bilər”, - deyə deputat bildirib. 
V.Bayramov qeyd edib ki, 2022-ci ilin ilk 2 ayında ölkəmizə 138 ölkədən 150,4 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çox turist gəlib: “Sözügedən müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayında da artım müşahidə olunub. Xaricə gedənlərin sayı 3,0 dəfə artaraq 184,2 minə çatıb.
Azərbaycanda vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 382 mindən çoxdur. Peyvəndləşmə uğurla aparıldığı üçün qapalı yerlərdə vaksin sertifikatı tələbinin də aradan qaldırılması məqəsədəuyğndur. İndi bəzi ölkələr turistlərdən PCR analizi daha tələb etmirlər”. 
Qeyd edək ki, 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026