• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir maaş, pensiya və təqaüd artımından danışdı

İQTİSADİYYAT

23 Fevral 2022 | 10:54

Nazir maaş, pensiya və təqaüd artımından danışdı

“Son dörd ildə Azərbaycanda ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edən üç əsas sosial islahat paketi həyata keçirilib. Bu paketlər üçün ayrılan əlavə illik vəsaitin ümumilikdə 6 milyard manat və ya 3,5 milyard ABŞ dolları olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həllər” mövzusunda keçirilən beynəlxalq konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. S.Babayev həmin dövrdə minimum əməkhaqqının orta hesabla 2,3 dəfə, minimum pensiyanın 2,2 dəfə, sosial müavinətlərin 70%, ümumi sosial xərclərin 2,5 mlrd. manat artdığını diqqətə çatdırıb. 2018-ci ilə nisbətən orta aylıq pensiyada orta hesabla 65 faiz, orta aylıq əmək haqqında 35 faiz, median əmək haqqında 74 faiz, əmək haqqı fondunda 2 dəfə artım baş verdiyini qeyd edib.

Bildirib ki, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 30 faiz artması sosial sığorta daxil olmalarına da müsbət təsir göstərib. Son 4 ildə DSMF-nin gəlirləri 42 faiz və ya 1,5 milyard manat artıb. Dövlət büdcəsindən Fonda transfertlərin həcmi isə 14 faiz azalıb və bu il üçün həmin həcm 21,6 faiz təşkil edib. Həmin dövrdə DSMF tərəfindən sosial sığorta ayırmaları hesabına əhaliyə ödənilən sosial ödənişlərin həcmi 1,5 milyard manat artıb və Fondun xərclərinin 97 faizdən çoxunu sosial ödənişlər təşkil edib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR