• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Bizimlə Məsləhət”  yenidən efirdə - VİDEO

CƏMİYYƏT

11 Yanvar 2022 | 11:18 | Müəllif: Qalib İbrahimoğlu

“Bizimlə Məsləhət” yenidən efirdə - VİDEO

Azərbaycan internet televiziya məkanında bütün yaş təbəqələri üçün nəzərdə tutulan “Bizimlə Məsləhət” proqramı yenidən efirdə olacaq.

Bu barədə Bakıvaxtı.az verilişin müəllif və aparıcısı Teymur Bayramov məlumat verib.

Onun sözlərinə görə, ailə-məişət, ictimai məzmunda müxtəlif mövzulara aid maarifləndirici, psixoloji proqram hər həftənin şənbə günü, saat 21:00-da SUM TV-nin efirində evlərinizin qonağı olacaq.

T.Bayramov bildirib ki, yeni sezon yanvar ayının 15-də başlayır.

Verilişin quruluşçu rejissoru və operatoru isə Sərvər Kamranlıdır.

Qeyd edək ki, verilişin informasiya dəstəyi Bakıvaxtı.az xəbər portalıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026