• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Tarixdə İLK: NASA Marsda raket uçuşuna start verməyi planlaşdırır 

CƏMİYYƏT

10 Fevral 2022 | 02:50 | Müəllif: Qalib İbrahimoğlu

Tarixdə İLK: NASA Marsda raket uçuşuna start verməyi planlaşdırır

NASA digər planetdə raketə uçuş startını verməyi planlaşdırır.

Bakıvaxtı.az-ın məlumatına görə, sözügedən məqsədin yerinə yetirilməsi üçün agentlik artıq Lockheed Martin şirkəti ilə 200 milyon dollara yaxın müqavilə bağlayıb. Planlaşdırılan raket Mars Ascent Vehicle adını əldə edib. Adından da bəlli olduğu kimi o Mars planetinə yollanacaq. Sözügedən raketin tarixdə ilk dəfə digər planetdən uçuş startı götürəcəyinə görə o həmçinin Yer kürəsinə Mars süxurlarının nümunələrini çatdıracaq. Hal hazırda Marsın səthində bir neçə aparat fəaliyyət göstərir. Onlardan biri də Perseverance aparatıdır.

O, Mars süxurlarını müşahidə edir və kiçik nümunələri yığmaqla məşğul olur. NASA-nın planına əsasən Perseverance aparatı yığmış olduğu nümunələri Mars səthində qoyacaq (technote.az). Alimlər isə Marsa digər bir dron aparatı göndərməyi planlaşdırırlar. Nəticədə həmin dron Perseverance tərəfindən qoyulmuş nümunələri götürəcək və Mars Ascent Vehicle raketi ilə birlikdə Yer kürəsinə geri dönəcək. Bu missiya üçün nəzərdə tutulmuş eniş modulu Marsa 2026-cı ildə göndərilməlidir. Beləliklə NASA və Lockheed Martin şirkəti raketin layihələşdirilməsi və inşası üçün bir neçə il vaxta sahibdirlər. 194 milyon dollar dəyərində olan müqavilənin icrasına bu ay start verilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026