• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

BMT Əfqanıstanda əməkdaşlarının təqibindən narahatdır

DÜNYA

13 Sentyabr 2022 | 03:26 | Müəllif: Subhan Mahmudov

BMT Əfqanıstanda əməkdaşlarının təqibindən narahatdır

"BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) təşkilatın qadın əməkdaşlarının “Taliban” hərəkatının təhlükəsizlik qüvvələri tərəfindən təqib edilməsi hallarından narahatdır".

Bakıvaxtı.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə təşkilatın məlumatında deyilir.

Bildirilir ki, Əfqanıstandakı de-fakto hakimiyyəti BMT-nin əfqanıstanlı qadın əməkdaşlarını, o cümlədən təşkilat üçün çalışan 3 əfqan qadını təqib etməyə başlayıb.

Qeyd olunur ki, “Taliban”ın təhlükəsizlik sahəsində çalışan agentləri həmin əməkdaşları dindirib və saxlayıb.

BMT Missiyası təşkilatın əfqan qadın əməkdaşlarına qarşı belə hədə-qorxu və təqiblərə dərhal son qoymağa çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR