• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

NATO-nun Baş katibi Ukraynanın müdafiə naziri ilə görüşüb

DÜNYA

13 Oktyabr 2022 | 00:19 | Müəllif: Subhan Mahmudov

NATO-nun Baş katibi Ukraynanın müdafiə naziri ilə görüşüb

NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Ukrayna Müdafiəsi Təmas Qrupunun iclası çərçivəsində Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş katib Tvitterdə məlumat verib.

“Ukraynanın müdafiə naziri Oleksiy Reznikovla yenidən görüşdüyüm üçün məmnunam. Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu kritik anında NATO müttəfiqləri, hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Ukraynaya dəstəyini artırır. Ukrayna qalib gəlməlidir” – deyə Stoltenberq vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR