Nigeriyanın Borno ştatında Boko Haram terror təşkilatına qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı 73 terrorçu zərərsizləşdirilib. Bundan başqa, terrorçulara aid silah və hərbi texnikalar da ələ keçirilib.
Əməliyyatlar zamanı terrorçular tərəfindən girov saxlanılan 27-si uşaq olmaqla, 55 nəfər xilas edilib.
















