• Bakı 21° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Borrell tənqid edildi 

DÜNYA

16 Aprel 2024 | 11:58

Borrell tənqid edildi 

Almaniya kansleri Olaf Şolz və Avstriya Nazirlər Kabinetinin rəhbəri Karl Nehammer Avropa diplomatiyasının rəhbəri Josep Borrell-i Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinə görə kəskin tənqid ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Olaf Şolz və Karl Nehammer mart ayında Aİ liderlərinin görüşü zamanı İsraili açıq-aşkar tənqid etdiyinə görə Xosep Borrell ilə üz-üzə gəliblər.

Qeyd olunur ki, Şolz və Nehammerdən Borrelə özəl söhbətdə “mesaj” ondan ibarət olub ki, o, Almaniya və Avstriya adından danışmır.

Bildirilib ki, liderlərin Aİ-nin baş diplomatını məzəmmət etməsi “çox qeyri-adi” idi, çünki Borrelin rolu xarici və təhlükəsizlik siyasəti məsələlərinə gəldikdə Avropa İttifaqını təmsil etməkdir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

29 Aprel 2024