• Bakı 14° C

    3.17 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

“Böyük ehtimalla NATO-ya müraciət edəcəyik”

DÜNYA

16 Aprel 2022 | 00:18

“Böyük ehtimalla NATO-ya müraciət edəcəyik”

Finlandiyanın Avropa işləri üzrə naziri Tyutti Tuppuraynen ölkəsinin NATO-ya üzvlük ehtimalını dəyərləndirib.

Bakıvaxtı.az xəbər verir ki, o, jurnalistin müvafiq sualına cavab verərkən Finlandiyanın alyansa üzv olmasının mümkünlüyünü bildirib.

“Hələ ki, qərar verilməyib. Amma indiki məqamda bu ehtimalın çox yüksək olduğunu deyərdim”, - nazir qeyd edib.

İctimaiyyətin NATO-ya üzvlük ideyasını dəstəklədiyini vurğulayan Tuppuraynen bu məsələnin hələ parlamentdə müzakirə edilməli olduğunu vurğulayıb.

Nazir Rusiyanın səbəbsiz yerə başladığı Ukrayna müharibəsinin Avropanın təhlükəsizliyi üçün bir “xəbərdarlıq” olduğunu da nəzərə çatdırıb.

Xatırladaq ki, Finlandiyanın baş naziri Sanna Marin aprelin 13-də ölkəsinin NATO-ya üzvlük üçün müraciət etmək qərarının yazın həftələr ərzində açıqlanacağını bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026