17 yaşında İngiltərə Şahzadəsi Endryu ilə cinsi əlaqədə olduğunu iddia edən Amerikalı Vircinia Cuffre şahzadənin məsuliyyətə cəlb edilməsini tələb edərək Manhetten federal məhkəməsinə müraciət edib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xbər verir ki, Vircinia Cuffre və daha bir neçə qadın iki il əvvəl həbsxana kamerasında intihar etdiyi iddia edilən amerikalı maliyyəçi Ceffri Epşteynin də qurbanı olduqlarını iddia etmişdilər. Cuffre London və New Yorkda Şahzadə Endryu tərəfindən cinsi istismara məruz qaldığını iddia edir:"Mən şahzadə Endryunı mənə etdiklərinə görə cavab verməyə çağırırram. Nüfuzlu və varlı adamlar öz əməllərinə görə məsuliyyət azad deyillər" .
York hersoqu Şahzadə Endryu bu iddiaları rədd edir: "Bu olmayıb. Qətiyyətlə deyə bilərəm ki, heç vaxt belə bir şey olmayıb. Heç vaxt bu xanımla görüşməmişəm".
Şahzadə Ceffri Epşteynlə əlaqəsindən peşman olduğunu və maliyyəçinin hərəkətlərindən əziyyət çəkənlərə dərindən təəssüfləndiyini bildirib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















