Portuqaliyanın keçmiş prezidenti Jorji Sampayyu vəfat edib.
Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 82 yaşlı keçmiş prezident Lissabonda dünyasını dəyişib.
Onun iki həftə əvvəl nəfəs alma çətinliyi ilə əlaqədar xəstəxanaya yerləşdirildiyi bildirilir.
Sampayyu 1939-cu ildə Lissabonda anadan olub. 1996-2006-cı illərdə ölkəyə başçılıq edib.
















