Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 262 yoluxma halı qeydə alınıb, 54 nəfər ölüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 575 210, xəstəlikdən ölənlərin sayı isə 8 089 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 534 559 nəfərin sağaldığı bildirilir.
















