Dağıstanda antiterror əməliyyatı zamanı iki yaraqlı zərərsizləşdirilib.
Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, əməliyyat Buynak rayonunda keçirilib. Bildirilir ki, atışma olan hissədə silahlar və döyüş sursatları aşkarlanıb.
Qeyd edək ki, Buynak rayonunun ayrı-ayrı ərazilərində 10 sentyabr 2021-ci il saat 04:55-dən etibarən antiterror əməliyyatının hüquqi rejiminin tətbiqi barədə qərar qəbul edilib.
















