Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturuna gəlincə isə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° isti olacaq.
















