• Bakı 23° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

“Bu evdə travmalarımla üzləşdim” - Günel Hümbətova

MƏDƏNİYYƏT

07 Sentyabr 2022 | 18:12 | Müəllif: Subhan Mahmudov

“Bu evdə travmalarımla üzləşdim” - Günel Hümbətova

Uzun illərdir Amerikada yaşayan keçmiş aparıcı, hazırda influenser kimi fəaliyyət göstərən Günel Hümbətova instaqramda paylaşımı ilə diqqət çəkib.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, o, keçmiş evindən foto paylaşaraq xatirələrini bölüşüb:

"Bəzi qalan əşyaları götürmək üçün köhnə evimizə gəldim. Nostalji hisslər yaşadım. Bu ev və bu evdə yaşananlar həyatımda çox böyük dəyişikliklərə səbəb oldu. Məhz bu evdə yeni peşə öyrəndim, tamamilə mənə yad sahədə karyera qurmağa başladım. Bu evdə daha iki yaş böyüdüm.

Son iki ildə yaşadıqlarım üçün içimdən minnətdarlıq hissi keçir. Sanki hansısa məktəbi bitirmişəm  və çoxlu biliklər əldə edib buranı yüksək qiymətlərlə tərk etmişəm. Bu evdə özümlə, travmalarımla üzləşdim.

Bu evdə çox gözəl günlər keçirdim. Həm də acı xatirələrim oldu. Bu evdə bir vaxtlar xəyallarını belə qurmağa çəkindiyim möhtəşəm şirkətə işə qəbul olundum. Məni gözlədiyi yeni evimə əşyalarımla bərabər qayıdıram. Orada inkişafın başqa mərhələsinə çıxacağına əminəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR