• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bu gün 42 dərəcə isti olacaq

CƏMİYYƏT

12 Iyul 2022 | 08:34 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün 42 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026