• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İslamiada: Taekvondoçumuz finala yüksəlib (YENİLƏNİB)

CƏMİYYƏT

10 Avqust 2022 | 19:26

İslamiada: Taekvondoçumuz finala yüksəlib (YENİLƏNİB)

Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 67 kq-da yarışan idmançı yarımfinalda Mərakeşli Safi Salihə qalib gəlib.

Bu isə o deməkdir ki, Əzizova ən azı gümüş medalı özü üçün təmin edib.

***

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 49 kq-da çıxış edən Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan çəkicatmada qızıl, Aleksis Kopello üç təkanla tullanmada gümüş və taekvondoçu Həşim Məhəmmədov (58 kq) bürünc medal əldə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026