• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Prezident fərman imzaladı

CƏMİYYƏT

09 Sentyabr 2022 | 16:50

Prezident fərman imzaladı

Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026