• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu gün "Qarabağ"ın oyunu var

İDMAN

19 Iyul 2023 | 09:38

Bu gün "Qarabağ"ın oyunu var

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək.

Qurban Qurbanovun kollektivi rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək. Albaniyalı hakim Eldorjan Hamitinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
19 iyul

20:00. “Qarabağ” – “Linkoln”
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
Bakı Olimpiya Stadionu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026