• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Qarabağ" Avroliqanın pley-offuna yüksəldi - YENİLƏNİB

İDMAN

17 Avqust 2023 | 22:00

"Qarabağ" Avroliqanın pley-offuna yüksəldi - YENİLƏNİB

"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olub. İlk görüşdə olduğu kimi cavab matçında da 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offa yüksəlib. Bununla da, "Qarabağ" ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.

Ağdam klubu  Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.

***21:23

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi hesabda önə keçib - 2:1.

55-ci dəqiqədə Yassin Benzia fərqlənib.

***20:51

"Qarabağ" Finlandiyada HİK-ə qarşı keçirdiyi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesabı bərabərləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, Toral Bayramov 45+4-cü dəqiqədə tarazlığı bərpa edib.

Cinah oyunçusu penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, rəqibin heyətində Kevin Kuassivi-Benissan ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

***

20:12

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, meydan sahiblərinin heyətində Santeri Hostikka Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib.

***20:03

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü Fransadan olan FİFA referisi Villi Delajod idarə edir. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026