q
  • Bakı 15° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Bu gün Ramazan bayramıdır

CƏMİYYƏT

10 Aprel 2024 | 00:00

Bu gün Ramazan bayramıdır

Azərbaycanda bu gün və sabah Ramazan bayramıdır.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən Ramazan ayının 18, 20, 22 və 26-cı günləri Qədr gecələri qeyd olunub. Bu isə martın 28-i, 30-u, aprelin 1- və 5-nə təsadüf edib.

Məscidlərdə namaz vaxtları da hər il olduğu kimi bəzi məscidlərdə saat 08:00, bəzi məscidlərdə isə saat 09:00-da qılınacaq.

Azərbaycanda bayramla əlaqədar 5 gün - aprelin 10, 11, 12, 13 və 14-də qeyri-iş günləri olacaq.

Bayramınız mübarək!

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

26 Aprel 2026