• Bakı 20° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

"Bu halda Belarus müharibəyə girəcək" - Lukaşenko

DÜNYA

28 Yanvar 2022 | 18:41 | Müəllif: Subhan Mahmudov

"Bu halda Belarus müharibəyə girəcək" - Lukaşenko

Rusiyaya qarşı aqressiya olarsa, Belarus bu müharibədə iştirak edəcək.

Bakıvaxtı.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko xalqa müraciətində deyib.

"Əgər müttəfiqimiz Rusiyaya kənar hücum olarsa və bu aqressiya Rusiyanın ərazisinə qarşı baş tutarsa, Belarus bu müharibədə iştirak edəcək. Bunun əsası bizim müttəfiq müqavilələrimizdir", - Lukaşenko bildirib.

O, həmçinin qeyd edib ki, Belarusa qarşı aqressiya halında yüz minlərlə rus hərbçisi ölkəyə daxil olacaq.

Lukaşenko Rusiya və KTMT ilə əlaqələri gücləndirməyin lazım olduğunu da vurğulayıb:

"Qazaxıstan nümunəsi göstərdi ki, KTMT Avrasiya məkanında təhlükəsizliyi operativ şəkildə təmin etməyə qadirdir. Kollektiv təhlükəsizlik qüvvələri stabilliyin yaranmasında açar rolunu oynadı. İttifaq Dövlətinin yeni hərbi doktrinası regionumuzda sülh təminatını gücləndirəcək. Cəmi 2500 yaxşı hazırlanmış əsgər Qazaxıstanda problemi həll etdi".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026