• Bakı 17° C

    12.74 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Bu il keyfiyyət daha da artırılıb - Vüqar Bayramov

İQTİSADİYYAT

19 Aprel 2024 | 12:19

Bu il keyfiyyət daha da artırılıb - Vüqar Bayramov

“Hesabatdan göründüyü qədər, bu il keyfiyyət daha da artırılıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 19 aprel 2024-cü il tarixli iclasında deputat Vüqar Bayramov deyib.

“Palatanın daha çox önəmverdiyi məqam strateji plandır. İllik fəaliyyət planı internet səhifəsində də qeyd olunsa, daha yaxşı olardı, şəffaflıq baxımdan da məqsədəuyğun olardı. Bu təcrübə Avropada və Qazaxıstanda da var. Audit məsələlərində 87%-də qanunvericiliyin pozulması məsələsi var. Bu da kifayət qədər ciddi məsələdir. Səmərəlilik auditinin əhatə sahəsində azalma var. Bu o deməkdir ki, kəmiyyətlə yanaşı keyfiyyət məsələlərinə üstünlük verilməsi vacibdir. Audit öncəsi meyarların seçimi, hansı dövlət qurumunda aparılacağı elektron şəkildə müəyyən edilsə, yaxşı olar”.

Aytac Aslan


SON XƏBƏRLƏR

01 May 2024